Dünya futbolu

Kosovonun baş məşqçisi: “Azərbayacanla oyunda hava ötürmələri etməliyik”

Millətlər Liqasındakı rəqiblərimizdən olan Kosovo millisinin baş məşqçisi Bernard Şalland ölkə mətbuatın müsahibə verib. O, qarşıdakı Malta və Azərbaycan görüşləri barəsində də danışıb:

“Heyəti tam olaraq formalaşdırmamışam. Bunu indidən demək çətin olar. Ancaq qarşıda bizi iki çətin oyunun gözlədiyi dəqiqdir. Hər iki oyuna da bacardıqca yaxşı hazırlanmışıq. Düşünürəm ki, Azərbaycan və Malta ilə oyunlarda rəqibə çoxlu təzyiq edib və hava ötürmələrindən istifadə etməliyik”.

Qeyd edək ki, noyabrın 17-də səfərdə Maltanın qonağı olacaq Kosovo 3 gün sonra doğma meydanda Azərbaycanı qəbul edəcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43