Ölkə futbolu

“Zirə” Rumıniya klubu ilə qarşılaşacaq

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” iyunun 10-da Türkiyəyə yollanacaq.

İdmanxeber.com-un məlumatına görə, 11 gün qardaş ölkədə qalacaq paytaxt təmsilçisi 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

“Zirə” təlim-məşq toplanışı çərçivəsində sonuncu sınaq matçını ayın 20-də Rumıniya təmsilçisi “Vitorul”a qarşı keçirəcək. Əvvəlki iki qarşılaşmadakı rəqibin kimliyi isə hələ müəyyənləşməyib. Bununla belə, bu komandalardan birinin Gürcüstan klubu olacağı bəllidi. Bakılıların ilk iki görüşünü müvafiq olaraq iyunun 13-də və 17-də keçirməsi planlaşdırılır.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43