Ölkə futbolu

“Səbail”dən növbəti transfer

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi “Zirə”dən ayrılan Yamin Ağakərimzadəni heyətinə cəlb edib. Gənc yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, “Səbail” bunadək Aqil Məmmədov, Emin Mehdiyev, Aqşin Muxtaroğlu və Kamal Qurbanovla anlaşmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43