Dünya futbolu

“Sevilya”nın yeni baş məşqçisi müəyyənləşdi

Eduardo Berisso “Sevilya”da baş məşqçi postuna təyin edilməyə çox yaxındır.

İdmanxeber.com-un məlumatına görə, “Selta”da çalışan mütəxəssis Viqo təmsilçisi ilə müqaviləni artırmayıb.

Mütəxəssis “Sevilya”nın prezidenti Xose Kastro və idman direktoru Arias Berisso ilə danışıq aparıb. Buna əsasən, ona “Selta”dakından iki dəfə artıq məvacib təklif edilib. Viqoda onun qazancı 600 min avro idi.

Bundan başqa, klub rəhbərliyi heyətin rəqabətədavamlı olacağını da vəd edib. Mütəxəssisin təyinatı yaxın müddətdə açıqlanacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43