Ölkə futbolu

“Zirə” – “Səbail” matçının başlama saatı açıqlandı

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turu çərçivəsində keçiriləcək “Zirə” – “Səbail” oyununun başlama saatı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, avqustun 13-də baş tutacaq görüş saat 19:00-da start götürəcək. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, “Zirə” ölkə çempionatının ötən mövsümündə 4-cü yeri tutmuşdu. “Səbail” isə ilk dəfə elitada mübarizəyə qatılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43