Ölkə futbolu

“Zirə” yeni transferini təqdim etdi

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasındakı təmsilçimiz yarımmüdafiəçi Orxan Əliyevlə anlaşıb. 22 yaşlı hücumameylli futbolçu ilə 1 illik müqaviləyə imza atılıb.

Orxan “Sumqayıt”, “Xəzər Lənkəran” və “Kəpəz” klublarının formasını geyinib.

Xatırladaq ki, Əliyev U-23-ün heyətində Bakıda keçirilən İslamdiadada qalib olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43