Ölkə futbolu

“Səbail”in Müşahidə Şurasında dəyişiklik edildi

Səbail” Futbol Klubunun Müşahidə Şurasının (MŞ) heyətində dəyişiklik baş verib.

İdmanxeber.com-un məlumatına görə, klubun fəaliyyətə başladığı ilk günlərdən MŞ üzvləri olan Təbriz Həsənov və Tural Əsədov rəhbərliyə müraciət edərək işlərinin çoxluğu səbəbindən Müşahidə Şurasının üzvlüyündən xaric olunmalarını xahiş ediblər.

“Səbail” rəhbərliyi müraciətləri müsbət dəyərləndirərək onlara səmərəli fəaliyyətlərinə görə təşəkkürünü bildirib, gələcək işlərində uğurlar arzulayıb.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və Bakıda fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin məşqçisi Cahangir Həsənzadə Müşahidə Şurasının üzvü təyin olunublar.

Qeyd edək ki, “Səbail” klubu 2017-2018 mövsümündən Premyer Liqada çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43