Ölkə futbolu

“Zirə”də Cavid Tağıyev müəmması davam edir

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” hələ də futbolçusu Cavid Tağıyevlə razılığa gələ bilməyib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, futbolçu ilə “Sumqayıt” yaxından maraqlanır və heyətinə qatmaq istəyir. Lakin “Zirə” də Tağıyevi əldən buraxmaq istəmir. Buna səbəb komandada yerli oyunçuların azalmasıdır ki, bu da növbəti mövsüm Premyer Liqada limitlə bağlı problemin yaranması deməkdir. Cavidin “Zirə” ilə gələn ilədək müqaviləsi olmasına baxmayaraq, komandadan ayrılmaq istəyir. “Qartallar” onunla bağlı yekun qərarı hələ də verməyib. Yarımmüdafiəçi ilə “Neftçi” də maraqlanıb. Lakin o, “Zirə”dən ayrılarsa, yeni klubu, çox güman ki, “Sumqayıt” olacaq.

Xatırladaq ki, Cavid Tağıyev ötən ilin avqust ayında “Zirə” ilə 2 illik müqavilə imzalamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43