İdman

“Zirə”dən gedən legionerlər bəlli oldu

Azərbaycan kubokunu ilk dəfə qazanan “Keşlə”nin Avropa Liqasına vəsiqə qazanmasının ardından “Zirə” qitə miqyaslı turnirlərdən kənar qaldı.

İdmanxeber.com-un məlumatına görə, bununla da “qartallar”ın bir neçə əcnəbi futbolçusu klubdan ayrılmağı məqbul hesab edib. Belə ki, Yovan Krneta, Milan Duriç və Viktor İqbekoyi ilə başa çatan müqavilə müddətinin yenilənməsinə ehtiyac duyulmayıb.

İcarə əsasında “Zirə”nin formasını geyinən Yani Urdinov və Comal Uilyams müqavilə əsasında məxsus olduqları klublara qayıdıblar. Həmçinin Elşən Abdullayev də icarə müddəti başa çatdığından paytaxt təmsilçisindən ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43