Dünyadan

Ziya Əzizov komandasına qələbə qazandırdı

Hollandiya birinci divizionunda (Jupiler Liqa) 23-cü turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Ziya Əzizovun çıxış etdiyi “Den Boş” doğma meydanda “NAC Breda” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2 – 1 hesablı qələbəylə ayrılıb.

Ziya bu görüşə də start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, qarşılaşmanın 76-cı dəqiqəsində komandasının 2-ci qolunu vurub.

Qeyd edək ki, “Den Boş” 23 turdan sonra 32 xalla 20 komanda arasında 13-cü pillədədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43