Premyer Liqa

100-ə çatan 4-cü cüt

Topaz Premyer Liqasının 17-ci turunun “Bakı” – “Qarabağ” oyununda hesabı açan Deyvidas Çesnauskis bu komandalar arasında qarşılaşmalarda 100-cü qolun müəllifi olub. Belə ki, bu matçadək rəqiblərin duellərində 99 qol vurulmuşdu. “Bakı”nın 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra bu rəqəm 102-yə çatıb. Baş tutan 44 matçın ümumi top fərqində isə ağdamlılar öndədir – 54:48.

Azərbaycan çempionatları tarixində yalnız 4 cütün oyunlarında 100 və ya daha çox qol qeydə alınıb. Bu mənada rekord Qərb derbisinə məxsusdur. 43 dəfə üz-üzə gələn “Kəpəz”lə “Turan” hərəyə 56, ümumilikdə 112 qolun sevincini yaşayıblar.

“Neftçi”nin “Turan” və “Bakı” ilə keçirdiyi qarşılaşmalarda da 100-dən çox qol vurulub. Bakılıların qərblilərlə matçlarında 104, həmşəhərliləri ilə görüşlərində isə 101 qol qeydə alınıb. Hər iki dueldə “Neftçi” üstünlüyə malikdir: müvafiq olaraq,  69:35 və 63:38.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43