19 İyun 2026
Dünya futbolu

“Liverpul” transfer çalışmalarına başladı

Çempionlar Liqasında mübarizəni dayandıran “Liverpul” klubu növbəti mövsüm üçün transfer çalışmalarına başlayıb.

İdmanxeber.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubu “Bornmut”un cinah müdafiəçisi Miloş Kerkezi transfer etmək istəyir.

Kerkez cari mövsüm Premyer Liqada 28 oyunda, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə macarıstanlı futbolçunun transfer dəyəri 28 milyon avrodur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43