İdman

5:2-lik matçın revanşı sloveniyalıya tapşırıldı

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Roma” – “Liverpul” oyununa təyinatlar açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, görüşü sloveniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Damir Skomina olacaq. Ona həmyerliləri Yure Praprotnik və Robert Vukan, Matey Yuq, Slavko Vinçiç və Tomaş Klançnik (dördüncü hakim) köməklik edəcəklər.

Qeyd edək ki, “Roma” – “Liverpul” oyunu mayın 2-də keçiriləcək. İngiltərədəki ilk qarşılaşmada Yurgen Kloppun komandası 5:2 hesablı qələbə qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43