Dünya futbolu

“70 milyon azdı, 150 eləsinlər”

İtaliya mətbuatı İngiltərədə çempionluq  mübarizəsi aparan “Liverpul”un “Napoli”nin ulduzu Lorenzo İnsinye üçün qarşı tərəfə 70 milyon avro təklif etdiyini yazıb.

Lakin “Napoli” rəhbərliyi bu rəqəmin çox az olduğunu bildirib. Klub prezidenti Aurelio De Laurentiss ölkə mətbuatına  “70 milyon azdı, 150 eləsinlər” deyə açıqlama edib.

2022-ə qədər “Napoli” ilə müqaviləsi olan Lorenzo İnsinye cari mövsümdə 19 oyunda 8 qol vurub, 5 asisst edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43