“Tottenhem”in futbolçusu Erik Lamelanın kiçik qardaşı oğurlanıb.
Hadisə Buenos-Ayres şəhərində baş verib. Argentinalı futbolçunun 18 yaşlı qardaşı Aksel Lamela təxminən iki saat girov saxlanılıb. Cinayətkarlar Akselə görə, 650 avro istəyiblər.
Pulu alan cinayətkarlar Lamelanı sərbəst buraxıblar. Hazırda polis cinayətkarları axtarır.