Avropa Liqasında yarımcan iştirak edəcək "İnter"in dağılmaq təhlükəsi altında olduğu haqda xəbər vermişdik.
Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov idmanxeber.com-a açıqlamasında hazırkı durumun olduqca acınacaqlı olduğunu bildirərək, hər şeyin sual altında olduğunu bildirib:
"İnanın bizim də heç nədən xəbərim yoxdu. Məlum məsələdir ki, komanda olduqca çətin dövrdən keçir. Ancaq deyə bilərəm ki, böyük ehtimalla futbolçuların əksəri komandanı tərk edəcək. "İnter" necə olacaq, bax bunu mən belə bilmirəm. Sponsor tapılmasa "İnter" iddiasız bir komanda olacaq. Heyət dəyişəcək, komanda qalacaq. Yaxın iki gündə hər şey tam bəlli olacaq".