18 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi” “Mladost”la oyun öncəsi hücumçu transfer etdi

Avstriyada hazırlığını davam etdirən “Neftçi” daha bir futbolçunu transfer edib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandamızın üzvü Məhəmməd Qurbanov növbəti 2 ildə “Neftçi”nin şərəfini qoruyacaq.

Futbolçu komandamızda 14 nömrəli formanı geyinəcək. Məhəmməd Qurbanovun yığma komandadakı karyerası 2008-ci ildə başlayıb. Həmin ildə Azərbaycanın U-17 komandasına dəvət edilmiş futbolçu Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxıb. Sonralar U-19 və U-21 milli komandalarımıza çağırılmış futbolçu qitə miqyaslı yarışların iştirakçısı olub. Bu ildən isə Məhəmməd Qurbanov əsas milli komandaya dəvət edilib.

Klub karyerasına Rusiyada başlamış Məhəmməd Qurbanov “Rostov” və “Taqanroq” klublarının formasını geyinib. Ötən mövsüm isə futbolçu “Sumqayıt” klubunun heyətində meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43