I divizionda XXI tura start verilib.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
“Zaqatala” – “Şərurspor” azarkeşlər qol şousuna şahidlik edib. 10 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 5:5.
“Şahdağ” evdə “Göyəzən”i, “Ağsu” “Bakılı”nı, “Turan Tovuz” “Bakı”nı eyni hesabla yenib – 1:0.
Qeyd edək ki, tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.
I divizion
2015/16 mövsümü
II dövrə, XXI tur
7 aprel
Şahdağ – Göyəzən 1:0
Qol: Sərxan Ağayev, 80.
Ağsu – Bakılı 1:0
Qol: Ruslan Voronsov, 58.
Zaqatala – Şərurspor 5:5
Qollar: Oruc Balaşlı, 17; 71. Arzuman Nəsibov, 30. Elnur Soltanlı, 45+2. Fariz Nəcəfov, 55 (avtoqol) – Afiq Yusifov, 36. Rəhman Musayev, 50. Mətin Əbilsoy, 58. Fariz Nəcəfov, 73. Elməddin Hüseynzadə, 87.
Turan Tovuz – Bakı 1:0
Qol: Vüsal Qarayev, 30.

