13 İyul 2026
Kateqoriyasız

Cənubi Azərbaycan klubu Çempionlar Liqasında tarixi matça çıxır

Cənubi Azərbaycanın “Traktor Sazi” klubu bu gün Asiya Çempionlar Liqasında 1/8 final mərhələsində ilk oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Təbriz təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin “Əl Nasr” klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu bir həftə sonra Təbrizdə keçiriləcək.

17 may

Çempionlar Liqası, 1/8 finalın ilk oyunu

20:45. “Əl Nasr” – “Traktor Sazi”



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43