22 Oktyabr 2024
Kateqoriyasız

Türkiyə qələbə qazandı, İspaniya uduzdu

AVRO-2016-da da qrup mərhələsinin III turunun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gün D qrupunda iki oyun keçirilib.

Qardaş Türkiyə millisi Çexiya ilə üz-üzə gəlib.i Turnirə olduqca bərbad start verən türklər çexlərlə matçda 2 cavabsız qol vuraraq 3 xal qazanıb. Bununla da, "ay ulduzlular"ın digər qrupun nəticələrindən asılı olaraq 1/8 finala yüksəlib-yüksəlməyəcəyi bəlli olacaq.

Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə münasibətlərinə aydınlıq gətirib. 3 qolun vurulduğu matçda 3 xalı xorvatlar qazanıb.

D qrupu

23:00. Çexiya – Türkiyə 0:2

Qol: Burak Yılmaz, 10 (0:1), Ozan Tufan, 65 (0:2)

Baş hakim: Villaim kollum (Şotlandiya)

Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)

Əlavə köməkçi hakimlər: Bobbi Maden, Con Biton (hər ikisi Şotlandiya)

Dördüncü hakim: Sergey Lapoçkin (Rusiya)

Lans. "Bollart-Delelis" stadionu.

23:00. Xorvatiya – İspaniya 2:1

Qol: Alvaro Morata, 7 (0:1), Kaliniç, 45 (1:1), Perişiç, 87 (2:1)

Baş hakim: Byörn Kuypers

Yan xətt hakimləri: Sander van Roekel və Ervin Zeinstra

Əlavə köməkçi hakimlər: Pol van Boekel (hamısı Hollandiya)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Bordo. "Bordo" stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43