Premyer Liqa

“Qarabağ” qalib gəldi, “Qəbələ” “Neftçi” səfərindən xalsız döndü (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə çempionluqa iddialı iki komanda – "Qarabağ" və "Qəbələ" meydana çıxacaq.

Turun mərkəzi görüşü "Neftçi" və "Qəbələ" komandaları arasında olacaq. Cari mövsümdə baş tutan 3 oyunun hər 3-də "Qəbələ"yə məğlub olan "Neftçi" bu görüşdə xal qazanmağa çalışacaq.

Günün digər matçında "Qarabağ" autsayder AZAL-ın qonağı olacaq. Qurban Qurbanovun yetirmələrinin 3 xal qazanacağına dair heç kimdə şübhə yoxdu.

Azərbaycan Premyer Liqası

XXII tur

14 mart (çərşənbə axşamı)

17:00 "Qarabağ” – AZAL 1:0
QOL: Dino Ndlovu, 68 (1:0)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Xaqani Məmmədov

"Azersun Arena”

İlk 3 dövrə – 6:0, 1:0 və 2:1

20:00 "Neftçi” – "Qəbələ” 1:0
QOL: Namiq Ələsgərov, 40 (1:0)

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Şaiq Həmidov

"Bakcell Arena”

İlk 3 dövrə – 0:8, 1:4, 0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43