Bakının "İnter" klubu futbol üzrə Avropa Liqası üçün ev arenasını müəyyənləşdirib.
Bu barədə "Report"a klubun icraçı direktoru Rəmiş Malıyev məlumat verib.
Onun sözlərinə görə, "bankirlər" rəqiblərini "Bakcell Arena"da qəbul edəcəklər: "Əvvəlcədən "Dalğa Arena"da oynamaq istəyirdik. Amma sonradan qərara aldıq ki, "Bakcell Arena" daha münasibdir. 8-ci km qəsəbəsindəki bu stadionu "Qəbələ" də sifariş edib. Amma düşünürəm ki, səfər və ev oyunları məsələsini UEFA tənzimləyəcək".
Avropa Liqasında Azərbaycanın daha bir təmsilçisi olan "Zirə" "Dalğa Arena"nı sifariş edib. "Qarabağ" isə Çempionlar Liqası qarşılaşmalarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.