Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Atletiko” öz Tvitter səhifəsində Ağdam klubunu tarixi nailiyyət münasibəti ilə təbrik edib.
İdmanxeber.com-un Madrid təmsilçisinin Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, təbrik mesajında deyilir:
“İlk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyiniz üçün sizi təbrik edirik. Biz Azərbaycanın paytaxtı Bakıya qayıdacağımızdan şadıq”.
Xatırladaq ki, “Atletiko” “Bakı” klubu ilə əməkdaşlıq çərçivəsində 2013-cü ildə Bakıya gələrək paytaxt təmsilçisi ilə yoldaşlıq oyunu keçirib.

