“Qarabağ”ın polşalı legioneri Yakub Jezniçak Vətəninə yollanıb.
Bu barədə təcrübəli müdafiəçi sosial şəbəkədəki hesabında məlumat verib. Jezniçak zədəsini sağaltmaq üçün ölkəsinə getdiyini yazıb.
Qeyd edək ki, “Zirə” ilə yoxlama oyunundan (2:1) zədələnən Yakub ən azı 1 həftə yaşıl meydandan kənarda qalacaq.