“Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı “Partizani” (Albaniya) klubu ilə ev oyununun stadionu müəyyənləşib.
İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, matç “Dalğa Arena”da keçiriləcək. Qurban Qurbanovun komandası ikinci mərhələyə yüksələcəyi təqdirdə də ev oyunu bu stadionda olacaq.
Buna səbəb 21-27 iyul tarixləri arasında olacaq Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsidir. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.