Almaniya II Bundesliqasında VII turun oyunları keçirilib.
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Hamburq”a uduzub – 0:4.
Nazarov matça ehtiyat oyunçular skamyasında başlayıb və 46-cı dəqiqədə meydana daxil olub.
7 turdan sonra 11 xalı olan Aue təmsilçisi 18 komanda arasında 7-ci pillədə qərarlaşıb.