“Sabah”la müqaviləmin müddəti bu mövsümün sonu başa çatacağı üçün karyeramı bitirəcəyəm. Artıq özümü peşəkar futbolçular arasında görmürəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın futbolçusu Marko Deviç karyerasını başa vurmaqla bağlı danışarkən deyib.
36 yaşlı oyunçu vida matçını Xarkovda keçirmək istədiyini vurğulayıb: “Amma yəqin ki, bu, olmayacaq. Bəlkə də vida görüşü vacib deyil, çünki futbolda çox şey etdim. Azarkeşləri, xüsusilə, Xarkovdak insanları sevindirə bildim”.