Baqali Dabonun “Neftçi”dən ayrılacağı dəqiqləşib.
İdmanxeber.az-ın məlumatına görə, hücumçu Kiprin “Apollon” klubu ilə anlaşıb. O, bu barədə açıqlama da verib:
“Hələ müqavilə bağlamamışam. “Apollon” əla komandadır. Mən hazırda Azərbaycanda futbolun nə zaman bərpa olunacağını gözləyirəm. “Apollon”a keçməyə yaxınam. Mən buna çox şadam. Klubun marağı məni sevindirdi”.