Almaniyanın “Darmştadt” klubunun futbolçusu Serdar Dursun Azərbaycan millisində oynamaq təklifi alıb.
Bu barədə oyunçununun özü məlumat verib. 28 yaşlı hücumçu Türkiyə millisində oynamaq istədiyi üçün bu təklifdən imtina etdiyini söyləyib:
“Azərbaycan milli komandasında oynamaq təklifi aldım. Görüşdük. Məni milli komandada görmək istədiklərini dedilər. Ancaq mən Türkiyə yığmasında oynamaq istədiyimi söylədim”.