Premyer Liqa

“Neftçi”yə növbəti zərbə “Qəbələ”dən, Masazırda heç-heçə

Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

İlk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə “Neftçi” səfərdə “Qəbələ”nin qonağı olub. Matçda qalib müəyyənləşməyib – 2:2. “Qarabağ”la xallarını bərabərləşdirən “Neftçi” azə 1 günlük 1-ci yerə yüksəlib.

Günün ikinci matçında “Sabah” doğma meydanda “Səbail”lə üz-üzə gəlib. masazırdakı görüşdə hesab açılmayıb.

Azərbaycan Premyer Liqası
XXI tur

10 aprel (şənbə)

16:00. “Qəbələ” – “Neftçi” – 2:2
Qollar: 
Ceyms Adeniyi, 54, Yurgen Qoca, 67 – Mirabdulla Abbasov, 62, Emin Mahmudov, 71

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu

“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 13. Yurgen Qoca, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov;
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev

“Neftçi”: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 6. Voyislav Stankoviç, 91. Tallison Dias, 29. Sabir Buqrin, 17. Bruno Teluşi, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 20. Mert Çelik;
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mboc, 28. Stiven Monroz, 9. Ahmed Ahmedov, 49. Rener Alves, 26. Ömər Buludov, 80. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə;
Baş məşqçi: Samir Abasov

18:00. “Sabah” –“Səbail” – 0:0
Qırmızı vərəqə:
 Məqsəd İsayev, 90+2

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Namiq Bəkirov
“Bank Respublika Arena”

“Sabah”: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 30. Mario Marina, 9. Xulio Sezar Rodriqez, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 14. Slavik Alxasov, 28. Kevin Kubemba, 3. Zurab Oçiqava, 72. Kamran Quliyev, 6. Şakir Seyidov, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov, 77. Veysəl Rzayev
Baş məşqçi: Ramin Quliyev

“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 12. Şahin Zəkiyev, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 29. Amil Yunanov, 9. Florian Kadriu, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43