“Qarabağ” zədələnən futbolçusu Elvin Cəfərquliyevin durumu ilə bağlı məlumat yayıb.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, gənc müdafiəçi Almaniyada sol ayağının topuq bağından uğurlu əməliyyat keçirib.
Həkimlərin rəyinə əsasən, Elvin Cəfərquliyev 6 həftə sonra yüngül qaçışlarla məşqlərə başlayacaq.