Avqustun 19-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçiriləcək.
İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasın Gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
1. 2022-ci ilin fevral ayından etibarən Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi
2. Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sisteminin tətbiqi
3. 2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar”ın təsdiqi
4. Digər məsələlər