28 Dekabr 2024
Kateqoriyasız Milli komanda

Lüksemburq – Azərbaycan matçının hakimləri bilindi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də keçiriləcək Lüksemburq – Azərbaycan matçının hakimləri açıqlanıb.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi İrfan Pelyto olacaq. Ona yan xətt hakimləri Senad İbrisimbeqoviç və Davor Belyo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Admir Şehoviç yerinə yetirəcək.

Sentyabrın 1-də keçiriləcək Lüksemburq – Azərbaycan matçı saat 22:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43