Serbiya millisinin hücumçusu Aleksandar Mitroviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə “Fulhem” komandasında çıxış edən 27 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Portuqaliya ilə Lissabondakı matça hələ çox var. Biz hələlik yalnız özümüz haqqında düşünməliyik. Hazırda əsas diqqətimiz qarşıdakı iki oyuna yönəlib. Əvvəlcə Lüksemburq və Azərbaycana qalib gəlməliyik. Bundan sonra əminliklə Lissabona getmək və onlarla oynamaq olar. Belə oyunlar üçün bizə xüsusi motivasiya lazım deyil”.
Oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycan yığmasını qəbul edəcək.