Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası Almaniyanın Qərb Regional Liqasında növbəti matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda səfərdə “Vegberq Beek” ilə qarşılaşıb. Dadaşov bu oyuna start heyətdə meydana çıxıb və komandasının 4:1 qalib gəldiyi matçda ilk iki qolun müəllifi olub.
Rüfət 12 və 36-cı dəqiqələrdə fərqlənib.
“Şalke 2” bu nəticədən sonra 30 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.