“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev komandaya qayıdıb.
İdmanxeber.az xəbər verir ki, 28 yaşlı futbolçunun “Şamaxı” klubu ilə icarə müqaviləsi başa çatıb.
O, “Neftçi”də 17 nömrəli formanı geyinəcək.
“Neftçi” ilə 2023/24 mövsümünün sonunadək müqaviləsi olan Rəhman Hacıyev 2014-2020-ci illər ərzində bu komandanın heyətində 166 oyuna çıxıb, 16 qol vurub.