Renat Dadaşov “Qrasshopper” klubunun heyətində ilk qolunu vurub.
İdmanxeber.az xəbər verir ki, 23 yaşlı forvard İsveçrə çempionatının 2-ci turunun “Yanq Boyz”la matçında fərqlənib. Dadaşov vurduğu qolla bağlı instaqram səhifəsində paylaşım edib:
İlk qolumu “Qrasshopper”ə vurmaq gözəl hissdir. Əla komanda ruhu göstərdik və layiqli xal qazandıq. Qarşıdakı böyük oyunlara köklənirik”.
Qeyd edək ki, Renat Dadaşov “Qrasshopper”lə 2+1 illik müqavilə imzalayıb.