13 İyul 2026
Kateqoriyasız

Azərbaycanda oynamış futbolçu Ukrayna klubunda

“Səbail” və “Sabah”ın keçmiş futbolçusu Kevin Kubembanın yeni klubunun adına aydınlıq gəlib.

İdmanxeber.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Ukrayna “Çernomorets”ində davam etdirəcək. Bu barədə Odessa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kluba azad agent kimi transfer olunan konqolu forvardla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Kevin Kubemba 2018-2019-cu illərdə “Səbail”də, 2019 – 2021-ci illərdə isə “Sabah”da oynayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43