Gəncədə yeni stadionun tikilməsi ilə bağlı hazırlığın müzakirəsi gedir.
İdmanxeber.az-a daxil olan məlumata görə, “Kəpəz”in hazırda ev oyunlarini keçirdiyi arena yararsız vəziyyətdədi. Gəncə İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyi arasında Gəncə İdman Sarayının daxilində yeni stadionun tikilməsi barəsində müzakirələr yenidən aktivləşib.
Aparılan danışıqlara əsasən Gəncə İdman Sarayının daxilində tutumu 15 min olan yeni arenanın tikilməsi planlaşdırılır.
Tərəflər arasında müzakirələr davam edir. Ən qısa zamanda ictimaiyyətə açıqlanması gözlənilir.