“Barselona” La Liqa rəhbərliyi ilə görüşəcək.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu PSJ-nin oyunçusu Lionel Messi ilə maraqladığını təsdiqləyib. Transferin gərçəkləşməsi üçün klub La Liqa rəhbərliyi ilə bir araya gələcək.
“Barselona”nın qrumla maliyyə problemləri səbəbdən Leonun komandaya mümkün keçidini müzakirə edəcək. Əgər izin verilsə, Messi növbəti mövsümdən Kataloniya təmsilçisinin formasını geyinə bilər.
Argentinalı futbolçunun PSJ ilə müqaviləsi mövsüm sonu başa çatır.