13 İyul 2026
Dünya futbolu

“Qarabağ” və “Qalatasaray” klublarının rəhbərliyi arasında görüş olub

“Qarabağ” və Türkiyənin “Qalatasaray” klubunun rəhbərliyi arasında görüş olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin direktoru Emrah Çelikel şəxsi instaqram hesabında paylaşım edib.

Toplantı İstanbul klubunun ev oyunlarını keçirdiyi “Nef” stadionunda gerçəkləşib.

Qeyd edək ki, “Qalatasaray”ın prezidenti Dursun Özbek komandalar arasında Bakıda təşkil olunmuş yoldaşılıq matçı ərəfəsində “Qarabağ”la qardaş klub olacaqlarını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43