13 İyul 2026
Dünya futbolu

“Vinisius mütləq “Qızıl top”u qazanacaq”

La Liqanın prezidenti Xavyer Tebas “Real”ın futbolçusu Vinisius Junior barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, qurum rəhbəri braziliyalı futbolçu haqqında xoş sözlər söyləyib:

“Düşünürəm ki, o, dünyanın ən yaxşı oyunçularından biridir. Vinisiusun “Qızıl top” mükafatına namizədlər arasında olmaması məni təəccübləndirdi. O, dünyanın 3-4 ən yaxşı oyunçusu arasındadır və düşünürəm ki, mütləq o müfatı qazanacaq”.

Xatırladaq ki, “Qızıl top”u qazanan sonuncu braziliyalılar 2005-ci ildə Ronaldinyo və 2007-ci ildə Kaka olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43