13 İyul 2026
Ölkə futbolu

Almeyda millidən getdi

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan millisindəki karyerasını başa vurub.

İdmanxeber.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəvəkə hesabında paylaşım edib.

O, artıq milli ilə vidalaşmalı və bütün fikrini “Qarabağ”ın matçlarına yönəltməli olduğunu bildirib.

Braziliyalı futbolçu 2017-ci ildə milliləşdirilərək yığmamıza cəlb edilib. O, yığmamızda 18 oyun keçirib və 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43