Xəbər verdiyimiz kimi, “Kəpəz”in futbolçusu Abdullahi Şuaybu karyerasını İtaliyada davam etdirə bilər.
Sözügedən ölkənin C seriyası klublarından biri nigeriyalı futbolçunun mümkün transferi ilə bağlı “Kəpəz”lə əlaqəyə keçib. Adı açıqlanmayan İtaliya klubu bu transfer üçün Gəncə təmsilçisinə 100 min dollar ödəməyə hazırdı.
İdmanxeber.az-a daxil olan digər bir məlumata görə, “Kəpəz” rəhbərliyi futbolçunu bu qiymətə satmağa razı deyil. Onsuz da 21 yaşlı futbolçu üçün bir Azərbaycan klubu 150 min manat təklif edib.
“Kəpəz” Şuaybunu minimum 150 min dollara satmağı düşünür. Buna görə də gələn təkliflər dəyərləndirilir.

