“Mənə Səudiyyə Ərəbistanı ikinci divizionundan, Portuqaliya klublarından və başqa ölkədən də təklif var idi”.
Bu sözləri idmanxeber.az saytına müsahibəsi zamanı “Kəpəz”in yeni transferi Latir Fal deyib. O, Gəncə təmsilçisini seçməsinin səbəblərini açıqlayıb:
“Kəpəz”in məni transfer etməkdə daha israrlı olduğunu gördüm. Rəhbərliklə davamlı danışırdıq, mənə çox yaxşı münasibət göstərdilər. Mən də buna qarşılıq “sarı-göylər”də oynamağa qərar verdim. Seçimimin düzgün olduğunu düşünürəm”.
Seneqallı oyunçunun müsahibəsini gün ərzində saytımızdan oxuya bilərsiniz.

