Frenki de Yonq “Barselona”dakı gələcəyi barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, niderlandlı yarımmüdafiəçi bu barədə belə deyib:
“Barselona”da xoşbəxtəm və ayrılmaq barədə düşünmürəm. Agentim klubla müqaviləmi uzatmaq barədə danışıqlar aparır”.
De Yonq Katalon klubunda 2019-cu ildən çıxış edir. O, bu müddətdə 189 oyuna 16 qol vurub və 21 məhsuldar ötürmə edib.

