Argentina millisinin baş məşqçisi Lionel Skaloni postundan getməyi düşündüyünü etiraf edib.
İdmanxeber.az-ın məlumatına görə, gənc mütəxəssis məsələ haqqında bu cür danışıb:
“Millidə keçirdiyim vaxtı düşünməliyəm. Qazanmağa davam etmək çox çətin olur. Bu vida deyil, amma düşünmək lazımdır. Bunu (AFA) prezidentinə və futbolçulara deyəcəyəm. Bu komandaya enerjili məşqçi lazımdır”.
45 yaşlı mütəxəssis 2018-ci ildən bəri Argentinaya başçılıq edir.