20 Sentyabr 2024
Dünya futbolu

“Belə qalib gəlmək fantastikdir” – Yurgen Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda LASK üzərində qazanılan qələbəni (4:0) şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis komandasının çıxışında razı qalıb:

“Ən əsası odur ki, qrupa rəhbərlik edirik və bu dəyişməyəcək. Yaxşı şeylər çox idi, amma çox bəyənmədiyim işlər də oldu. Biz bunu hər zaman deyirik: böyümək və inkişaf etmək lazımdır. Yaxşı futbol var idi, amma bu oyunu fasiləyə qədər etmək lazımdı. 2:0 və 3:0 hesabları ilə bir az da açıldıq və rəqibə şans yaratmağa imkan verdik. 4:0 hesabı ilə qalib gəlmək fantastikdir”.

“Liverpul” 12 xal toplayıb və Avropa Liqasının pley-off mərhələsinə erkən yüksəlib. LASK 3 xalla sonuncu yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43