27 Dekabr 2024
Ölkə futbolu

“Düşündüm ki, ayrılmağım hamıya fayda verəcək” – Murad Musayev

“Sabah”dan ayrılan baş məşqçi Murad Musayev ölkəsinin “Championat” nəşrinə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, rusiyalı mütəxəssis son iki mövsümdə paytaxt təmsilçisində yaxşı nəticələr qazandığını bildirib: 

“Düşündüm ki, dəyişiklik kluba və mənə xeyir verəcək. Komandanın çoxlu qələbələri olub. İndi həvəsi itirmişik. Çempionatda üçüncü sıradakı komanda ilə 5 xallıq fərqimiz var. Avrokuboklara vəsiqə əldə etmək və mövsümü yaxşı bitirmək üçün bütün şərtlər var. Bu, çətin qərardır. Amma düşündüm ki, hamıya fayda verəcək”.

Qeyd edək ki, Murad Musayev 2021-ci ilin noyabrından “Sabah”da işləyib. “Bayquşlar” onun rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43