Ferrari Luis Hamiltonlə müqavilə imzalandığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya komandası ingiltərəli pilotla 2025-ci ildən etibarən keçərli olacaq çoxillik müqavilə imzalayıb.
Hamilton bu il 11 ildir yarışdığı Mersedesdə son mövsümünü keçirəcək. 38 yaşlı pilot Almaniya brendiylə 6 çempionluq yaşayıb.